Məzmuna keç

İstanbulda 2 sərnişin avtobusu toqquşdu,

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası qeydə alınıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbulun Pendik adlı ərazisində iki sərnişin avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Xəsarət alan 8 sərnişin bölgədəki xəstəxanalara aparılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə