- 07:51
İran hökuməti ölkənin hava məkanını açaraq əksər hava limanlarının fəaliyyətini bərpa edib .
E-huquq.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bəyanatında deyilir.
“Mehrabad və İmam Xomeyni hava limanları, eləcə də ölkənin şimal, şərq, qərb və cənubundakı hava limanları fəaliyyətini bərpa edib və bütün xidmət növlərini təqdim etməyə hazırdır”, - deyə bəyanatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, İsfahan və Təbriz hava limanları istisna olmaqla, ölkənin bütün hava limanlarında daxili və beynəlxalq reyslər yerli vaxtla saat 05:00-dan saat 18:00-a qədər yerinə yetiriləcək.