- 11:54
ABŞ prezidenti Donald Tramp bazar ertəsi, iyulun 7-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Qəzza zolağında atəşkəs elan edəcək.
E-huquq.az xəbər verir ki, bu iddia ilə İsrailin "Yedioth Ahronoth" qəzeti İsrail rəsmilərinə istinadən məlumat verib.
Qəzetin yaydığı məlumata görə, İsrail HƏMAS ilə atəşkəsin təfərrüatlarını müzakirə etməyə hazırlaşır.
Xəbərdə HƏMAS-ın təklifə "hə" deyəcəyi bildirilir. Xəbərdə həmçinin HƏMAS-ın cavabından sonra İsrailin danışıqlara başlamağa hazırlaşdığı, Trampın Qətərə, Qətərin də razılaşma üçün HƏMAS-a təzyiq etdiyi iddia edilib.