Kiyev atəşə tutuldu, 23 nəfər yaralandı


  • 09:33

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 23 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata əsasən, Rusiya tərəfindən həyata keçirilən son hava zərbələri nəticəsində paytaxtda 23 nəfər xəsarət alıb. Yaralılardan 14 nəfəri xəstəxanaya yerləşdirilib, digərləri isə ambulator müalicə alırlar.

Bildirilib ki, 2025-ci ilin iyun ayından etibarən Kiyev intensiv və rekord sayda hava hücumlarına məruz qalıb. Şəhərə 350-dən artıq pilotsuz uçuş aparatı və çoxlu sayda raket atılıb. Bu hücumlar nəticəsində, aralarında uşaqların da olduğu ən azı 42 nəfər həyatını itirib.

Oxşar xəbərlər