İsrail Ukraynaya humanitar yardım edəcək


  • 15:30

İsrail Ukraynaya əlavə humanitar yardım paketi təqdim edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə İzrailin Kiyevdəki səfiri Mixail Brodski məlumat yayıb.

Onun sözlərinə görə, müvafiq əmri İsrail Xarici İşlər Nazirliyinin rəhbəri Gideon Saar verib.

Bu paketə bombardmanlar nəticəsində infrastrukturu dağıdılmış bölgələr üçün nəzərdə tutulmuş müasir su təchizatı sistemləri daxil olacaq.

Qeyd edək ki, bu yardım İsrail Xarici İşlər Nazirliyinin büdcəsindən maliyyələşdirilir və İsrailin xarici siyasət orqanı nəzdində fəaliyyət göstərən Beynəlxalq Əməkdaşlıq üzrə Milli Agentlik vasitəsilə təqdim olunacaq.

Səfirin sözlərinə görə, bu addım “İsrailin Ukraynaya dəstək öhdəliyinin davamı”dır.

Humay Eminqızı

Oxşar xəbərlər