- 17:28
Avropada gündəlik elektrik tələbatı 14 faizə qədər artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qitədə havaların temperaturun artması elektrik istehlakını kəskin şəkildə artırıb.
28 iyun - 1 iyul tarixləri arasında əvvəlki həftə ilə müqayisədə İspaniyada 14, Fransada 9, Almaniyada isə 6 faiz artıb.
Elektrik enerjisi sistemində tələb-təklif balansının pozulması elektrik enerjisinin gündəlik qiymətlərinin də artmasına səbəb olub. İyunun 24-dən iyulun 1-dək Almaniyada elektrik enerjisi qiymətləri 175 faiz, Fransada 108 faiz, Polşada 106 faiz, İspaniyada 15 faiz artıb. Polşada elektrik enerjisinin bir meqavat-saat qiyməti 470 avro, Almaniyada isə 400 avro olub.
Şəbnəm Mehdizadə