Ankarada əhaliyə isti hava ilə bağlı xəbərdarlıq edildi


  • 17:08

Türkiyənin Ankara şəhərində isti hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara valiliyi məlumat yayıb.

Məlumatda 5-10 iyul tarixləri arasında vətəndaşlara saat 11:00-16:00 arasında açıq ərazilərdə olmamalarına dair xəbərdarlıq edilib.

“Havanın temperaturunun mövsüm normalarından yüksək olacağı günlərdə xroniki xəstəlikləri olanlar, yaşlılar və uşaqlar diqqətli olmalı, günün ən isti saatları olan saat 11:00-16:00 arasında açıq ərazilərdə olmaqdan çəkinməlidir” – deyə məlumatda bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər