- 17:28
Son bir həftə ərzində Türkiyədə baş vermiş 624 yanğından 622-si nəzarət altına alınıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Nazirliyi məlumat yayıb.
Yanğınların söndürülməsinə 27 təyyarə, 105 helikopter, 14 pilotsuz uçuş aparatı (PUA), 5359 quru vasitəsi və 25 min insan cəlb olunub.
Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklının verdiyi məlumata görə, bu ilin ilk 6 ayında 1305-i meşə sahələrində, 1739-u meşədən kənarda olmaqla ümumilikdə 3044 yanğın hadisəsi baş verib.
Bu yanğınların 624-ü son bir həftə ərzində baş verib.
Xüsusilə İzmir, Sakarya, Hatay, Biləcik, Manisa, İstanbul və Bursada ciddi yanğınlarla mübarizə aparılıb.
Şəbnəm Mehdizadə