- 17:16
Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlarda irəliləyiş görmədiyini bildirib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə danışığını şərh edən Makron Ukrayna məsələsində iki ölkə arasında hələ də ciddi fikir ayrılıqlarının mövcudluğunu vurğulayıb. Fran liderinin sözlərinə görə, sülhə gedən yeganə yol dərhal atəşkəsin təmin olunmasıdır.
Xatırladaq ki, iyulun 1-də Putin və Makron arasında telefon danışığı olub. Dövlət başçıları İsrail və İran arasında münaqişə, ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Humay Eminqızı