Qəzzada 60 günlük atəşkəs elan olunacaq


  • 08:14

Misir Qəzza zolağında atəşkəs razılaşmasının bütün iştirakçılarını qane edəcək yekun variantını hazırlamaq üçün yaxın saatlarda diplomatik təmasları intensivləşdirəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Məlumata görə, rəsmi Qahirə vasitəçilərin son təklifinə Fələstinin HƏMAS təşkilatından müsbət cavab alıb.

Bildirilir ki, razılaşmanın yekun variantı təsdiqləndikdən dərhal sonra Qəzzada 60 günlük atəşkəs elan olunacaq.

Oxşar xəbərlər