- 22:20
Ukrayna Silahlı Qüvvələri Rusiyada “Kometa” adaptiv antenaları istehsal edən hərbi-sənaye obyektinə zərbə endirib.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna ordusu Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, “Kometa” adaptiv antenaları “Shahed” tipli pilotsuz uçuş aparatlarında, "İskəndər-K" raketlərində, idarə olunan aviabombalar üçün vahid planlaşdırma və korreksiya modullarında və digər yüksək dəqiqlikli silahlarda istifadə olunur.