- 00:40
Moskva, Sankt-Peterburq və Nijni Novqorod hava limanlarında 287 reys ləğv edilib, daha 106 reys təxirə salınıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Rosaviasia" məlumat yayıb.
Məlumata görə, Şeremetyevoda 171 reys ləğv edilib, daha 56 reys gecikib.
Sankt-Peterburqun Pulkovo hava limanında 90 reysləğv edilib, daha 37 reys gecikib.
PUA təhlükəsi səbəbindən ən uzunmüddətli məhdudiyyətlərlə üzləşən Nijni Novqorod hava limanında 26 reys ləğv edilib, daha 13 reys isə gecikib
Pskov, İvanovo, Kaluqa, Sankt-Peterburq və Tambov hava limanları müvəqqəti olaraq uçuşlar həyata keçirmir.