- 13:32
Tonqa Krallığının Tonqatapu adasının şərq sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geoloji Xidməti məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Tonqanın paytaxtı Nukualofadan təxminən 60 kilometr uzaqlıqda yerləşib. Yeraltı təkanların ocağı isə 34 kilometr dərinlikdə olub.
Zəlzələnin nəticəsində insan tələfatı və ya dağıntılarla bağlı hər hansı məlumat qeydə alınmayıb. Həmçinin, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.
Şəbnəm Mehdizadə