Məzmuna keç

Türkiyə ordusunda metan qazı faciəsi: Şəhidlərin sayı 12-ə yüksəldi –

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 12 nəfərə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

***

İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” antiterror əməliyyatı çərçivəsində baş verən faciə nəticəsində Türkiyə Silahlı Qüvvələrinin daha 3 hərbçisi şəhid olub. Beləliklə, metan qazından zəhərlənmə səbəbilə şəhid olan əsgərlərin ümumi sayı 8-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Qeyd edək ki, bir gün əvvəl 5 əsgərin şəhid olduğu açıqlanmışdı.

Hadisə 28 may 2022-ci ildə şəhid olmuş leytenant Nuri Melih Bozkurtun cəsədinin axtarışı zamanı baş verib. Mağarada aparılan araşdırma zamanı 19 əsgər metan qazına məruz qalıb, onlardan bəzilərinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Şəbnəm Mehdizadə