Texasda daşqınlar zamanı 82 nəfər ölüb


  • 11:28

ABŞ-nin Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 4-də ştatın Kerr rayonunda yağan şiddətli yağışlar nəticəsində meydana gələn sel fəlakəti ciddi fəsadlar törədib.

Quadalupe çayının 8 metr qalxması nəticəsində baş verən daşqın zamanı insanlar su altında qalıb.

İtkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

Texas qubernatoru Greg Abbott ştatda 41 nəfərin itkin düşdüyünü açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər