- 17:43
Almaniyanın Türingiya, Saksoniya və Brandenburq əyalətlərində meşə yanğınları ilə mübarizə davam edir.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, təxminən 5 gündür fasiləsiz davam edən yanğınların qarşısının alınması isti hava, güclü külək və su təchizatındakı çətinliklər səbəbilə mümkünsüz olub.
Hazırda ərazidə çoxsaylı yanğınsöndürənlər və xilasedicilər çalışır. Silahlı qüvvələr və polisə məxsus helikopterlər də söndürmə işlərinə cəlb olunub.
Ən çox zərər çəkən bölgələrdən biri, Saksoniya ilə Brandenburq sərhədində yerləşən Qohrişheide bölgəsidir. Burada başlayan yanğın bir neçə yaşayış məntəqəsi üçün təhlükə törədir.
Məlumata görə, Qohrişheide ərazisi 1992-ci ilə qədər Sovet ordusunun təlim zonası olub. Ərazidə qalan partlayıcı sursatlar söndürmə işlərini daha da çətinləşdirir və təhlükə riskini artırır.
Hazırda yanğın sahəsinin təxminən 2100 hektar olduğu bildirilir.
Şəbnəm Mehdizadə