- 16:29
Türkiyənin Mersin şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mersinin Tarsus rayonunda avtomobilin yük maşınına çırpılması nəticəsində 5 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.
Qəza qəza yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralı təcili yardımla Tarsus Dövlət Xəstəxanasına aparılıb.
Hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə