- 17:43
Türkiyədə bu həftə havanın temperaturu mövsüm normalarından 4-6 dərəcə yüksək olacaq.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, havanın temperaturu qarşıdakı 3 gün ərzində Ankarada 34-36, İstanbulda 33-35, İzmirdə 36-38 dərəcə isti olacaq.
Son proqnozlara görə, bu həftə ölkənin əksər hissəsində hava yağmursuz keçəcək.
Ölkənin bəzi bölgələrində havanın temperaturunun 40 dərəcəni keçəcəyi gözlənilir.
Əhaliyə zərurət olmadığı təqdirdə evdə qalmaq barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə