İzmir sahillərində 16 qanunsuz miqrant saxlanıldı


  • 12:00

Türkiyənin İzmir şəhərində 16 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, İzmirin Səlcuq rayonu sahillərində rezin qayıqda bir qrup qanunsuz miqrantın olduğu müəyyən edilib. Bölgəyə Komandanlığın əməkdaşları cəlb edilib.

Dayandırılan rezin qayıqda biri uşaq olmaqla 16 qanunsuz miqrant yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər