Çörək bişirərkən partlayış oldu, 6 nəfər yaralandı


  • 12:04

Türkiyənin Bingöl şəhərində bədbəxt hadisə baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Bingölün Karlıova rayonunda bir qrup qadın çörək bişirmək üçün evin zirzəmisində ocaq yandırıb.

Qadınlar sac üzərində çörək bişirərkən yaxınlıqdakı benzinlə dolu bidon istidən partlayıb.

Hadisə nəticəsində 6 qadın xəsarət alıb.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan qadınlar Karlıova Dövlət Xəstəxanasına aparılıb.

Burada ilkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımla Bingöl Dövlət Xəstəxanasına aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər