- 17:43
Türkiyədə meşə yanğınları ilə əlaqədar 13 nəfər həbs edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə naziri Yılmaz Tunc məlumat verib.
"Yanğınlarla bağlı araşdırmalar davam edir. Son yanğınlarla bağlı aparılan istintaq çərçivəsində ümumilikdə 67 şübhəli saxlanılıb. Onlardan 13-ü haqqında həbs qərarı çıxarılıb", - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə