Ukraynada sərnişin avtobusu aşdı: 1 nəfər öldü, 17 nəfər yaralandı


  • 13:11

Ukraynanın Dnepropetrovsk vilayətində sərnişin avtobusu aşıb.

E-huquq.az UNIAN-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, qəza avtobus sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.

Nəticədə 1 sərnişin həyatını itirib, 17 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerli vaxtla səhər saat 05:00 radələrində qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər