- 17:43
Türkiyədə fabrikdə partlayış olub, 1 nəfər ölüb, 3 nəfər yaralanıb
Türkiyənin Aksaray şəhərində sənaye istilik sistemləri və təzyiqli qazanların istehsal edildiyi fabrikdə partlayış olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.
Partlayışın səbəbləri araşdırılır.
Humay Eminqızı