Hindistanda torpaq sürüşməsi zamanı ölənlərin sayı 78-ə çatıb


  • 16:08

Hindistanın Himaçal-Pradeş əyalətində güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 78-ə çatıb.

E-huquq.az NDTV telekanalına istinadən xəbər verir ki, Himaçal-Pradeş əyalətinin şimalında iyunun 20-dən bəri musson yağışları davam edir.

Güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə yüksəlib.

243 yolun bağlandığı əyalətin müxtəlif bölgələrində 37 nəfərin axtarış-xilasetmə işləri davam edir.

Hindistan Meteorologiya İdarəsi (IMD) güclü yağışların iyulun 9-dək davam edəcəyini bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər