Polşa Almaniya və Litva ilə quru sərhədlərində nəzarəti bərpa edib


  • 16:18

Polşa Almaniya və Litva ilə quru sərhədlərində müvəqqəti olaraq nəzarəti bərpa edib.

E-huquq.az Polşa mətbuatına istinadən xəbər verir ki, qanunsuz miqrasiyaya nəzarəti gücləndirmək üçün dünən gecə yarısından etibarən ölkənin Almaniya və Litva ilə quru sərhədlərində yenidən nəzarət həyata keçirilib. 30 gün ərzində Polşanın Almaniya ilə sərhədində 52, Litva sərhədində isə 13 məntəqədə sərhəd nəzarəti həyata keçiriləcək. Qərbdə 13, şimal-şərqdə isə 3 keçid məntəqəsində nəzarət fasiləsiz, digər məntəqələrdə isə təsadüfi qaydada aparılacaq.

Nəzarətlərə pilotsuz uçuş aparatları da daxil olmaqla 5000 hərbçi dəstək verəcək.

Başlanılan nəzarətdən sonra qruplar dünən gecə 4 Əfqanıstan vətəndaşını Polşanın Litva sərhədindən qanunsuz olaraq keçirtməkdə şübhəli bilinən estoniyalı sürücünü saxlayıblar.

Polşanın İnfrastruktur naziri Dariuş Klimczak müvafiq qurumların sərhəd nəzarətinin bərpası ilə bağlı tapşırıqları yerinə yetirməyə tam hazır olduğunu bildirib.

Artan nəzarətlərin öhdəsindən gələ biləcək infrastruktura sahib olduqlarını deyən nazir bu qərarın mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

Yüzlər insan Polşanın sərhəd bölgələrində Almaniya tərəfindən geri göndərilən miqrantlara qarşı nümayişlər təşkil ediblər. Almaniya isə öz növbəsində qeyri-qanuni miqrasiya ilə mübarizə çərçivəsində bütün quru sərhədlərində polis nəzarətini sentyabrın 15-dək uzadıb.

Oxşar xəbərlər