- 16:29
Rusiyanın keçmiş nəqliyyat naziri Roman Starovoyt intihar edib.
E-huquq.az bu barədə Rusiya KİV ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Sabiq nazirin meyiti Odintsovo rayonundakı evində aşkarlanıb.
Onun odlu silahla intihar etdiyi bildirilir.
Qeyd edək ki, R.Starovoyt bu gün Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib. O, 2024-cü ildə bu vəzifəyə təyin edilmişdi.