Dağıstanda 100-dən çox insan içməli sudan zəhərlənib


  • 11:05

Dağıstanın bəzi rayonlarında 100-dən çox insan içməli sudan zəhərlənib.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, ötən gün xeyli sayda vətəndaş xəstəxanalara müraciət ediblər.

Yoluxma halları daha çox Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent qəsəbələrində baş verib.

İlkin məlumata görə, infeksiya su vasitəsilə yayılıb.

Xəstəxanalara ümumilikdə 110 nəfər yerləşdirilib.

Faktla bağlı araşdırma davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər