İŞİD-i maliyyələşdirməkdə şübhəli bilinən qadın həbs edildi


  • 14:16

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində təşkilata maddi dəstək göstərməkdə şübhəli bilinən Ayşen Altun haqqında həbs qərarı çıxarılıb.

Qərar çərçivəsində Pakistanda tutularaq Türkiyəyə gətirilən Ayşe Altunun təşkilat adına kripto pul köçürmələrinə vasitəçilik edərək təşkilatın maliyyələşdirilməsinə kömək etdiyi müəyyən edilib.

Saxlanılan şəxs həbs olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər