- 17:21
Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Foça rayonunda pikap və avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanıb.
Avtomobildə sıxışmış vəziyyətdə qalan yaralılar hadisə yerinə gələn xilasetmə qrupları tərəfindən çıxarılıb.
Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə