İstanbulda 10 FETÖ terrorçusu saxlanılıb


  • 14:24

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı növbəti dəfə əməliyyat keçirilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan iki ayrı araşdırmada 10 şübhəlinin təşkilatın mövcud strukturunda fəaliyyət göstərdiyi müəyyən edilib.

Şübhəlilərin təşkilata bağlı qurum və dərnəklərlə əlaqə saxladıqları da müəyyən edilib.

Polisin müxtəlif ünvanlarda eyni vaxtda keçirdiyi əməliyyatlar zamanı 10 şübhəli saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər