Kaliforniyada meşə yanğınları 34 min hektar ərazini əhatə edib


  • 14:34

ABŞ-nin Kaliforniya ştatında baş verən meşə yanğınları təxminən 34 min hektar ərazini əhatə edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) saytında yer alır.

İyulun 2-də San Luis Obispoda başlayan Madre yanğını 32 min hektardan çox ərazini əhatə edib və indiyədək yanğının 35 faizi nəzarət altına alınıb.

İyunun 29-da Riversidedə başlayan yanğının 95 faizi nəzarət altına alınıb.

Riverside xaricindəki Siskiyou və Shasta bölgələrində davam edən yanğınlar ümumilikdə 674 hektar əraziyə yayılıb. Bu yanğınların 5 faizi nəzarət altına alınıb, digər yanğınlar isə davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər