- 17:21
ABŞ-nin Texas ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 104-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iyulun 4-də yağan güclü yağışlar nəticəsində baş verən daşqınlarda itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.
Texas qubernatoru Gregg Abbott daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini söyləyib.
Axtarış-xilasetmə işlərinə xeyli sayda insan cəlb edilib.
Şəbnəm Mehdizadə