- 17:21
Yaponiyanın baş naziri İşiba Şiqeru ABŞ prezidenti Donald Trampın ölkəsinə tətbiq etdiyi 25 faizlik gömrük rüsumunun təəssüf doğurduğunu deyib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, İşiba ABŞ-nib tarifləri ilə bağlı qiymətləndirmələr edib.
Baş nazir ABŞ ilə qarşılıqlı faydalı razılaşma üçün ikitərəfli danışıqların davam edəcəyini deyib.
"Təəssüf ki, fikir ayrılıqlarımıza görə hələlik razılığa gələ bilməmişik. Yaponiya asanlıqla güzəştlərə getmək istəmir" - deyə o bildirib.
Tramp isə öz növbəsində 25 faiz dərəcəsinin ticarət kəsirini aradan qaldırmaq üçün lazım olandan çox aşağı olduğunu qeyd edib.
Şəbnəm Mehdizadə