- 19:49
ABŞ-də qızılcaya yoluxma halları kəskina rtıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ilin əvvəlindən 1277 yoluxma halı qeydə alınıb. Bu, son 33 ilin ən yüksək göstəricisi hesab olunur.
Mütəxəssislər vurğulayırlar ki, vaksinasiya göstəricilərinin aşağı olması epidemiyanın yayılmasına səbəb olur.
İndiyədək epidemiya nəticəsində 3 nəfər ölüb, 155 nəfər xəstəxanaya yerləşdirilib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə xəstəliyin ən intensiv yayıldığı ştat Texasdır. Ştatda 700-dən çox yoluxma faktı qeydə alınıb. Kanzas və Nyu Meksiko kimi ştatlarda da onlar şəxsdə qızılca aşkarlanıb.
Epidemiya təkcə ABŞ-la məhdudlaşmır. Ötən il Böyük Britaniyada 2012-ci ildən bəri qızılcaya yoluxma hallarının ən çox olduğu il olub. Belə ki, təxminən 3000 yoluxma faktı qeydə alınıb. 2025-ci ilin əvvəlindən indiyədək isə Böyük Britaniyada 529 insan qızılcaya yoluxub. Kanada da epidemiya ilə mübarizə aparan ölkələrdən biridir. Bu il indiyədək 3000-dən insanda qızılca aşkarlanıb. Ən çox yoluxma halı Ontario və Alberta əyalətlərində qeydə alınıb.
Şəbnəm Mehdizadə