- 17:21
İndoneziyanın Majapahit kəndində piton 63 yaşlı fermeri udub.
E-huquq.az xəbər veir ki, bu barədə “Antara” agentliyi məlumat yayıb.
Belə ki, itkin düşmüş fermerin axtarışları zamanı onun ən son plantasiyada olduğu müəyyən olunub. Lakin fermer orada tapılmayıb.
Daha sonra həmin ərazi yaxınlığında kəndlilər böyük 8 metrlik piton tapıblar. Pitonun fermeri udduğu müəyyən edildikdən sonra, o öldürülərək cəsəd çıxarılıb.
Ehtimal olunur ki, ilan kişi toyuqlarını bəsləyərkən ona hücum edib. Fermerin yanında silah olmadığından piton onu asanlıqla udub.
Humay Eminqızı