- 21:00
Çinin şimal-qərbind yerləşən uşaq bağçasında kütləvi zəhərlənmə olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Qansu əyalətinin Tianshui şəhərindəki Peixin uşaq bağçasında aşpaz yeməkləri bəzəmək üçün boyadan istifadə edib. Lakin boyanın qida məhsullarında istifadəsi qadağan olunub.
233 şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb, onlardan 201-nə tibbi yardım göstərilib.
Xəbərdarlıq əsasında uşaq bağçasına göndərilən yerli icra orqanlarının əməkdaşları qidalardan nümunələr götürərək laboratoriyaya göndərib.
Yeməyin tərkibində normadan 2000 dəfə çox qurğuşun maddəsi aşkarlanıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb, bağça müdiri və məktəbin sərmayəçisi də daxil olmaqla 8 nəfər saxlanılıb.
Şəbnəm Mehdizadə