Rusiyada bu tanınmış şirkətlər cərimələndi


  • 17:21

Rusiyada "Twitch", "TikTok", "Pinterest" və "Wikipedia" şirkətlərinə cərimə yazılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə qərar qəbul edib.

Məhkəmə sözügedən platformalarda müxtəlif qadağan olunmuş məzmunlara girişin bloklanmadığına və qanuna əməl edilmədiyinə dair qərar çıxarıb.

Qərara əsasən “Twitch”, “TikTok”, ‘Pinterest” şirkətlərinin hər biri 7 milyon rubl, "Wikipedia" isə 3,5 milyon rubl cərimə ödəyəcək.

Qeyd edək ki, məhkəmə daha əvvəl "Apple", "Google" və "Facebook" kimi müxtəlif xarici platformaları da eyni səbəbdən cərimələyib.

Humay Eminqızı

Oxşar xəbərlər