- 16:39
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.
E-huquq.az xəbər verir ki, İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.
Qeyd edək ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.