- 16:39
ABŞ-nin Texas ştatında baş verən daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Texas qubernatoru Gregg Abbott məlumat verib.
İyulun 4-də güclü yağışlar nəticəsində baş verən daşqın zamanı həyatını itirənlərin sayının 109-a yüksəldiyini bildirən Abbott, 160-dan çox itkin düşmüş şəxsin axtarış-xilasetmə işlərinin davam etdiyini söyləyib. Abbott itkin düşənlərin hamısı tapılana qədər xilasetmə işlərinin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp iyulun 6-da Kerr dairəsində fövqəladə vəziyyət elan edib.
Şəbnəm Mehdizadə