- 16:39
Keniyada hökumət əleyhinə etirazlar zamanı 31 nəfər ölüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Keniya Milli İnsan Haqları Komissiyası (KNCHR) məlumat yayıb.
Məluamata görə, nümayişlərdə yaralıların sayı 107-yə çatıb.
Quruun yaydığı bəyanatda polis, mülki şəxslər və digər maraqlı tərəflər də daxil olmaqla, bütün məsul şəxslərin məsuliyyətə cəlb edilməsi tələb olunur.
Qeyd edə ki, Keniyada keçirilən etirazlarda minlərlə insan ölkənin iqtisadi problemləri və polis zorakılığı kimi şikayətlərini dilə gətirib. Etirazçılar həmçinin prezident Uilyam Rutonun istefasını və polisin hesabatlılığını, habelə iqtisadi islahatlar tələb edir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları İdarəsinin sözçüsü Ravina Şamdasani bu gün Cenevrədə jurnalistlərə bildirib ki, təhlükəsizlik qüvvələri Keniyanın paytaxtı Nayrobi və digər ərazilərdə keçirilən etirazlar zamanı canlı güllə, rezin güllə, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.
Şəbnəm Mehdizadə