Avropada istidən ölənlərin sayı kəskin artıb


  • 11:37

Qlobal iqlim dəyişikliyinin səbəb olduğu kəskin istilər Avropada ölənlərin sayının üç dəfə artmasına səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, iyunun 23-dən iyulun 2-dək Milan, Barselona, Paris, London, Roma, Madrid, Afina, Budapeşt, Zaqreb, Frankfurt, Lissabon və Sassari daxil olmaqla Avropanın 12 şəhərində havanın temperaturu mövsümi normalardan 1-4 dərəcə yüksək olub.

İqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər insan itkisinin 3 dəfə artmasına səbəb olub. Belə ki, 1500 ölüm hadisəsi yüksək temperatur səbəbindən baş verib. Ölənlərin 88 faizi 65 və yuxarı yaşda olan insanlardır. 20-64 yaş qrupu arasında ən az 183 nəfərin istidən öldüyü müəyyən edilib.

Sözügedən dövrdə iqlim dəyişikliyi səbəbindən ən çox ölüm hadisəsi Milanda qeydə alınıb.

Tədqiqatçılar, daha şiddətli istilik dalğalarının və artan ölümlərin qarşısını almaq üçün qalıq yanacaq istifadəsinin təcili olaraq azaldılması və xalis sıfır emissiya hədəflərinə nail olunmasının vacibliyini vurğulayır. Həmçinin istiliklə bağlı insan ölümlərinin Avropada sayının artacağı da istisna edilmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər