- 16:39
Türkiyənin Antalya şəhərində mənzildə yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Antlayanın Muratpaşa rayonunda 5 mərtəbəli yaşayış binasının üst mərtəbəsində kondisionerin mühərrikinin alışması səbəbindən yanğın baş verib.
Əraziyə yanğınsöndürmə, tibb və polis qrupları cəlb edilib.
Yanğın nəticəsində 10 nəfər tüstüdən zəhərlənib.
Zərərçəkmişlər təcili yardımla xəstəxanaya aparılıb.
Yanğın digər mənzillərə keçməzdən əvvəl qruplar tərəfindən söndürülüb.
Hadisə nəticəsində ev yararsız hala düşüb.
Şəbnəm Mehdizadə