Türkiyənin bu vilayətində meşəlik ərazilərə giriş qadağan edildi


  • 12:20

Türkiyənin Gümüşhane şəhərində meşəlik ərazilərə giriş qadağan edilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Gümüşhane Valiliyi məlumat yayıb.

Məlumata görə, meşə yanğınları ilə mübarizə çərçivəsində iyulun 15-dən oktyabrın 1-dək meşə sahələrinə giriş qadağan edilib.

Həmçinin meyvə bağlarının və əkin sahələrinin təmizlənməsi üçün ağac, budaq, ot və digər bitkilərin yandırılması da qadağan edilib.

Yeni qaydalara əsasən, meşə sahələrinə yaxın ərazilərdə od qalamaq, manqal, samovar yandırmaq qadağan olunub.

Qaydaları pozanlar inzibati qaydada cərimələnəcək yaxud cinayət məsuliyətinə cəlb olunacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər