Türkiyədə yarım ildə 18 mindən çox zəlzələ oldu - QORXUNC STATİSTİKA


  • 13:26

Cari ilin ilk yarısında Türkiyədə 18 191 zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Qazi Universitetinin alimi Bülent Özmen məlumat verib.

O, Türkiyənin dəniz əraziləri də daxil olmaqla hər il ərzində Türkiyədə təxminən 25 000 zəlzələnin qeydə alındığını deyib.

Alim Yunanıstanın Santorini və Amorgos adalarında tektonik hərəkətlərin aktivləşməsinin Türkiyədəki zəlzələlərin sayının artmasına səbəb olduğunu bildirib.

B.Özmen həmçinin bildirib ki, aprelin 23-də İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ seysmik aktivliyin artmasına səbəb olub.

Qeyd olunub ki, Muğla, Malatya, Kütahya, Kahramanmaraş və İstanbulda ən çox zəlzələ baş verən şəhərlər olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər