- 21:00
Hindistanın Qucarat əyalətində körpünün uçması nəticəsində 9 nəfər ölüb.
E-huquq.az “Hindustan Times” qəzetinə istinadən xəbər verir ki, əyalətin Vadodara və Anand rayonlarını birləşdirən 900 metr uzunluğundakı körpünün iki ayağı arasında olan hissə dağılıb.
Hadisə zamanı körpünün üstündən keçən 2 yük maşını və 2 furqon çaya düşüb. Nəticədə 6 nəfər yaralanıb.
Əraziyə dərhal xilasetmə qrupları cəlb edilib.
Baş nazir Bhupendra Patel 1985-ci ildə inşa edilən qəzanın dəqiq səbəbinin araşdırılacağını bildirib.
Şəbnəm Mehdizadə