- 19:48
Yaponiyanın Saqa prefekturasında yeni hərbi baza açılıb.
E-huquq.az Yaponiyanın rəsmi Kyodo xəbər agentliyinə istinadən xəbər verir ki, hərbi bazanın yaradılmasında əsas məqsəd Çinin artan hərbi fəaliyyətinə görə ölkənin cənub-qərbindəki adaları qoruma imkanlarını gücləndirməkdir.
Bazanın Osprey tipli hərbi nəqliyyat təyyarələrinə ev sahibliyi edəcəyi bildirilib.
Donanmanın Yaponiya ordusunun xüsusi müdaxilə bölmələrinə əsgər və ləvazimat daşımaqdan məsul olan ilk təyyarəsi hərbi bazaya köçürülüb.
Təxminən 420 əsgərin xidmət edəcəyi hərbi bazaya avqustun ortalarına qədər ümumilikdə 17 təyyarənin köçürülməsi planlaşdırılır.
Şəbnəm Mehdizadə