- 9 İyul 23:32
Ermənistan parlamentində “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyan iki ay müddətinə həbs edilib.
E-huquq.az xəbər verir ki, bu barədə onun vəkili bildirib.
Hakim Sarkisyanın azadlıqda olarkən istintaqın gedişatına təsir edə biləcəyinə görə onun barəsində həbs qərarı çıxarıb.
O, "konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda" ittiham olunur.
Qeyd edək ki, ötən gün Ermənistan parlamenti Artur Sarkisyanı deputat toxunulmazlığından məhrum edib. Sisianın (Qarakilsə) keçmiş meri arxiyepiskop Baqrat Qalstanyanın həbs olunduğu iş çərçivəsində cinayət təqibinə məruz qalacaq. Arxiyepiskop “hakimiyyəti zorla ələ keçirməyə və terror aktı hazırlamağa” cəhddə ittiham olunur.