Tramp Asiya ölkələrinə təzyiqi artırır - 6 ölkəyə rüsum tətbiq olunacaq


  • 9 İyul 21:30

ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Əlcəzair, Liviya və İraqdan idxal olunan bütün mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib. Yeni tariflər Filippin, Bruney və Moldova kimi ölkələrə də şamil olunacaq.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

O deyib ki, əgər bu ölkələrin şirkətləri ABŞ-da istehsal açmağa razı olsalar, tətbiq olunan rüsumlar ləğv edilə bilər.

Qeyd edək ki, Tramp daha əvvəl Yaponiya və Cənubi Koreyadan gətirilən bütün məhsullara 25 faizlik rüsum tətbiq etdiyini açıqlamışdı. O bildirib ki, bu qərar tarif və qeyri-tarif maneələr səbəbindən yaranmış ticarət balanssızlığına qarşı atılıb.

İqtisadçılar hesab edir ki, yeni tariflər xüsusilə ixracdan asılı olan və artıq iqtisadi yavaşlama ilə üzləşən Yaponiya və Cənubi Koreyaya ciddi təsir göstərə bilər. Yaponiyanın ardıcıl iki rübdə texniki tənəzzülə düşməsi ehtimalı yüksək qiymətləndirilir.

Oxşar xəbərlər