- 9 İyul 23:32
Qəzza sektorunda girovların azad edilməsini və atəşkəsi nəzərdə tutan sazişinin imzalanması mümkündür.
E-huquq.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Avstriya Prezidenti Aleksander Van der Bellenlə görüşü zamanı bildirib.
“Görüş zamanı Saar girovların azad edilməsi ilə bağlı Dohada keçirilən danışıqlar mövzusuna toxunub. O bildirib ki, İsrail girovların azad edilməsi və atəşkəs haqqında sazişin əldə olunmasına ciddi yanaşır və belə bir sazişin imzalanmasını mümkün hesab edir”, - bəyanatda deyilir.