- 9 İyul 23:05
Amerika Birləşmiş Ştatları (ABŞ) Ukraynanın əlavə “Patriot” zenit-raket kompleksinin (ZRK) tədarükü ilə bağlı sorğusunu nəzərdən keçirəcək, lakin söhbət çox bahalı hərbi texnikadan gedir.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.
"Onlar (rəsmi Kiyev – red.) bunu istədilər. “Patriot” ZRK həqiqətən çox nadir silahdır. Daha əvvəl Ukraynaya çoxlu belə sistemlər göndərilib. Biz bunu nəzərdən keçirməli olacağıq. Bu, çox bahalı sistemdir", - Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.